Xidmət rəisi: "İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparılıb" 

Xidmət rəisi: "İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparılıb"  "İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparilib"
Qarabağ
31 Mart , 2022 14:16
Xidmət rəisi: İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparılıb 
Azad Cəfərli

"İşğaldan azad olunan ərazilərdə 162 tarixi abidənin monitorinqi aparilib"

Bunu "Report"un Şimal bürosuna Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində keçirilən anım mərasimində iştirak edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib.

A.Cəfərli bildirib ki, ermənilərin xalqımıza qarşı soyqımı təkcə dinc insanları qətlə yetirməklə yox, mədəni irsimizə və tarixi abidələrimizə də qənim kəsiliblər: "Azərbaycanlılara qarşı Soyqırım hadisəsi zamanı bir çox qədim binalar, o cümlədən Azərbaycan memarlığının incilərindən sayılan İsmailiyyə binası, "Kaspi" qəzetinin redaksiyasını və mətbəəsini, həmçinin ziyarətgahları top ateşinə tutublar. Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Xidmət rəisi əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəlada İstintaq Komissiyası yaradılıb: "1920-cı ildə Xalq Cümhuriyyətinin süqutu ile bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilmesinin qarşısı alınıb. Yalnız 80 il sonra 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı "Azerbaycanlıların soyqırımı haqqında" Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart "Azerbaycanlıların Soyqırımı Günü" elan edilib".

A.Cəfərlinin sözlərinə görə, azad olunmuş ərazilərdə indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: "Bundan başqa həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniy əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib. Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir".

A.Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmiş, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.

Son xəbərlər

Orphus sistemi