Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib - YENİLƏNİB

Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib - YENİLƏNİB Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək
Qarabağ
28 Aprel , 2021 14:06
Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib - YENİLƏNİB
0 : 00
0 : 00

Vətən müharibəsi şəhidi dəfn edilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olunan və dünən nəşi tapılan Elvin Mustafayev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfin mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Xatırladaq ki, E.Mustafayev oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

09:57

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar, həmin vaxtdan Elvin Mustafayev barədə heç bir xəbər ala bilməyiblər.

Son xəbərlər

Orphus sistemi