Şəhid Murad Xəlilov Şəmkirdə dəfn edilib
- 18 noyabr, 2021
- 08:55
Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov dəfn edilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, o Şəmkir rayonunda böyük izdihamla son mənzilə yola salınıb.
Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər və sakinlər iştirak ediblər.
Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi Şəmkir rayon Çinarlı qəsəbəsində olan Şəhidlər xiyabanında torpağa tapşırılıb.
12:10
Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi başlayıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində keçirilir.
Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhid vida mərasimindən sonra dəfn olunacaq.
11:00
Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhidlə vida mərasimi 12:00 da rayonun Çinarlı qəsəbəsində keçiriləcək.
Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.
Allah rəhmət etsin!