Politoloq: “Üçtərəfli bəyanat Cənubi Qafqazın ən müasir tarixinin vacib mərhələsidir”

Politoloq: “Üçtərəfli bəyanat Cənubi Qafqazın ən müasir tarixinin vacib mərhələsidir” “Bu gün imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Cənubi Qafqazın ən müasir tarixinin vacib mərhələsidir”.
Qarabağ
10 Noyabr , 2021 18:18
Politoloq: “Üçtərəfli bəyanat Cənubi Qafqazın ən müasir tarixinin vacib mərhələsidir”

“Bu gün imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Cənubi Qafqazın ən müasir tarixinin vacib mərhələsidir”.

Bunu “Report”a rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın əsas humanitar xidməti Kəlbəcər və Laçın rayonlarının qan axıdılmadan Azərbaycana qaytarılması oldu.

Kuznetsov hesab edir ki, 44 günlük müharibənin nəticələrinə görə, Azərbaycan müharibədən əvvəl olduğu kimi təkcə sosial-iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi baxımdan Cənubi Qafqazda hegemon dövlətə çevrildi.

“Hazırda Cənubi Qafqaz regionunun müharibəsonrası transformasiya prosesi gedir. Bu, təkcə, siyasi deyil, daha çox ictimai-siyasi və sosial-iqtisadi müstəvilərdə müşahidə olunur. Azərbaycan ordusunun döyüş meydanındakı qələbələri hərbi əməliyyatlar meydanından xeyli uzaqlarda çox ciddi dəyişikliklərə səbəb olur”, - tarixçi deyib.

"Əmək qabiliyyətli əhalinin təkcə Qarabağı deyil, həm də Ermənistanı tərk etməsi müşahidə olunur, bu isə ölkənin zəifləməsini qaçılmaz edəcək ki, daha sonra Ermənistanın mövcudluğu məsələsi qalxacaq. Bu tendensiya daha əvvəl də müşahidə olunub, lakin hərbi məğlubiyyətdən sonra bu, daha fəal və kütləvi xarakter alıb. Bu isə ortamüddətli perspektivdə Cənubi Qafqazın sosial-iqtisadi mənzərəsini kökündən dəyişə bilər”, - Kuznetsov hesab edir.

Ekspert qeyd edib ki, hazırda regional geosiyasətin gündəliyində 2020-ci il müharibəsinin siyasi nəticələrinin rəsmiləşdirilməsi dayanıb. Xarici vasitəçilərin iştirakı olmadan Ermənistan və Azərbaycan arasında birbaşa münasibətlərin qurulması sülh və dövlət sərhədləri haqqında müqavilənin imzalanmasını və regionda bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin qurulmasını nəzərdə tutur. Bu məsələ ikitərəfli deyil, çoxtərəfli xarakter daşıyır.

Son xəbərlər

Orphus sistemi