Rusiya sülhməramlılarına yeni komandan təyin olunub - YENİLƏNİB

Rusiya sülhməramlılarına yeni komandan təyin olunub - YENİLƏNİB Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.
Qarabağ
25 Aprel , 2023 19:40
Rusiya sülhməramlılarına yeni komandan təyin olunub - YENİLƏNİB

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin olunub.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu vəzifəyə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib.

O, bu vəzifədə Andrey Volkovu əvəz edəcək.

15:33

Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.

Son xəbərlər

Orphus sistemi