Erməni təcavüzü nəticəsində 14 yaşlı yeniyetmənin həlak olduğu kənd

Erməni təcavüzü nəticəsində 14 yaşlı yeniyetmənin həlak olduğu kənd Düşməndən qorxmadıqlarını söyləyən Taynaq kənd sakinləri səngərdə dayanan əsgərlərimizə güvəndiklərini bildirdilər.
Qarabağ
4328
9 Oktyabr , 2020 16:41
Erməni təcavüzü nəticəsində 14 yaşlı yeniyetmənin həlak olduğu kənd

Təcavüzkar Ermənistan dinc əhaliyə qarşı terror əməlləri həyata keçirib.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı düşmənin Ağcabədi rayonunun Taynaq kəndini atəşə tutması nəticəsində həlak olmuş kənd sakini 2006-cı il təvəllüdlü Fərid İsgəndərovun yaşadığı evdən reportaj hazırlayıb.

Üç bacının bir qardaşı olan 14 yaşlı Fərid kənd ərazisində yeməkxanada əmisi ilə birgə yemək yeyən zaman düşmən mərmisinə tuş gəlib. Yeməkxanaya mərminin düşməsi nəticəsində Fərid İsgəndərov dağıntılar altında qalaraq həlak olub. Fəridin ailə üzvləri bu hadisəni erməni təcavüzü, erməni terroru adlandırırlar.

"Report"un əməkdaşı ilə söhbət edən Fəridin valideynləri övladlarının bütün arzularının yarıda qaldığını söyləyiblər.

Düşməndən qorxmadıqlarını söyləyən Taynaq kənd sakinləri səngərdə dayanan əsgərlərimizə güvəndiklərini bildirdilər.

Qeyd edək ki, faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi