Ekspert: “Loran Vokiye kimi adamların ölkəmizə icazəmiz olmadan keçməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”

Ekspert: “Loran Vokiye kimi adamların ölkəmizə icazəmiz olmadan keçməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir” “Loran Vokiye kimi adamların ölkəmizə dövlətimizin icazəsi olmadan keçməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”.
Qarabağ
31 Mart , 2023 19:29
Ekspert: “Loran Vokiye kimi adamların ölkəmizə icazəmiz olmadan keçməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”

“Loran Vokiye kimi adamların ölkəmizə dövlətimizin icazəsi olmadan keçməsi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir”.

Bunu “Report”a hərbi ekspert Ədalət Verdiyev deyib.

Belə ki, Fransanın Over Ron-Alp regionunun prezidenti Loran Vokiye mart ayının son günlərində Ermənistana səfər edib. O, martın 29-da Laçın yolunun Ermənistana birləşən hissəsinə gedərək Azərbaycan və Türkiyəni hədəfə alan siyasi mesajlar verib. 2027-ci il prezident seçkilərində namizəd olmağa hazırlaşan Loran Vokiye bir qədər də “irəli gedərək” deyib ki, Qarabağa yollanaraq oradakı ermənilərə humanitar yardım aparmaq istəyir.

Ə.Verdiyev bildirib ki, Qarabağda yaşayan ermənilərin həm Rusiya sülhməramlıları, həm də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bütün tələbatları ödənilir. İstənilən mallar, humanitar yardımları çatdırılır: “Onların heç bir şeyə ehtiyacları yoxdur. İkincisi, belə insanların Azərbaycan ərazisinə Azərbaycan dövlətinin icazəsi olmadan keçməsi sırf Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Azərbaycan buna heç cür icazə verməyəcək”.

Onun sözlərinə görə, nəzərə almalıyıq ki, Fransalı siyasətçilər Azərbaycana qarşı həmişə qərəzli mövqedən çıxış ediblər, ermənipərəst olublar: "Onları bura gəlib hər hansı bir humanitar yardım adı ilə hansısa bir fəaliyyəti daha da buradakı vəziyyəti gərginləşdirir və mürəkkəbləşdirir. Ona görə də belə bir açıqlamaların verilməsi, belə bir adamın Qarabağa gedilməsi heç də məqsədəuyğun deyil”.

Son xəbərlər

Orphus sistemi