Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb

Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb "Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub"
Qarabağ
12 Mart , 2015 09:46
Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb

Bakı. 12 mart. REPORT.AZ/ Martın 11-də axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət  hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub”, - nazirliyin açıqlamasında bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir! Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi