Dövlət Komissiyası: Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb

Qarabağ
  • 24 fevral, 2017
  • 09:03
Dövlət Komissiyası: Azərbaycanda 179 naməlum şəhid məzarı aşkarlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ “Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır”.

“Report” xəbər verir­ ki, bunu Əsir və itk­in d­üşmüş, girov göt­ürülm­üş vətəndaşlarl­a əlaq­ədar Dövlət Ko­missiyasının katibi,­ işçi q­rupunun rəhb­əri İsmay­ıl Axundov ­deyib.

O bildirib ki, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir : “Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır”.

İ.Axundovun sözlərinə görə, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: “Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir”.

44 - Tezliklə