Daşkəsən sakini Kəlbəcərdə minaya düşüb
Qarabağ
- 29 avqust, 2021
- 12:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Daşkəsən rayon sakini Kəlbəcər ərazisində minaya düşüb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Alaxançallı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu Daşkəsəndən Kəlbəcər ərazisinə keçən atını gətirmək istəyən zaman minaya düşüb.
O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun ayağı topuqdan aşağı kəsilib.
Məlumat üçün bildirək ki, Ş.Tağıyev Kəlbəcərə yaxın yerdə, Daşkəsən ərazisində təsərrüfat yeri var. Təsərrüfat yerində olarkən onun atı vaxtilə Ermənistan Silahlı Qüvvələri tərəfindən minalanmış Kəlbəcər ərazisinə keçib. Atını gətirmək istəyərkən həmin minalardan birinə düşüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media
20:54
Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir
Digər ölkələr
20:35
Foto
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Fərdi
20:31
Paraqvay prezidenti "Ueno Bank"ın iflasından sonra istefa verib
Digər ölkələr
20:28
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Region
20:06
"Xocavənd" komandası "Zəfər naminə - Birlik Kuboku" futbol turnirinin qalibi olub
Futbol
20:02
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb - Yenilənib
Digər ölkələr
19:49
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Futbol
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes