Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər” “Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfl
Qarabağ
14 Yanvar , 2023 11:56
Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəlarını yerinə yetirmək istəməməsindən təngə gəliblər”.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında britaniyalı analitik Taras Kuzio bildirib.

“Burada Ermənistanın 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı, sülh müqaviləsinin zəruriliyindən bəhs edən üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək istəməməsindən təngə gəlmiş insanları görürəm”, - o qeyd edib.

T.Kuzio əlavə edib ki, əksər hallarda sosial şəbəkələrdə yayılan məlumatlar real vəziyyəti əks etdirmir: “Bir çoxları “blokada”dan danışır, amma burada olan zaman tamam başqa mənzərə ilə qarşılaşırıq. Biz burada ekoloji fəalları görürük”.

Britaniyalı ekspertin sözlərinə görə, ekofəallar bütün dondurulmuş münaqişələrlə bağlı problemləri çatdırmağa çalışırlar: “Dondurulmuş münaqişə mütəşəkkil cinayətkarlıq və korrupsiya üçün “qara dəlik”dir. Bu problemi həll etməyin yeganə yolu sülh müqaviləsinin imzalanmasıdır”.

Son xəbərlər

Orphus sistemi