Biləsuvarda şəhidin xatirə lövhəsi açılıb

Biləsuvarda şəhidin xatirə lövhəsi açılıb Biləsuvar rayonunda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nahid Teymurzadənin xatirəsi ehtiramla anılıb.
Qarabağ
180
23 Oktyabr , 2021 11:23
Biləsuvarda şəhidin xatirə lövhəsi açılıb

Biləsuvar rayonunda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Nahid Teymurzadənin xatirəsi yad edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, anım mərasimi şəhidin vaxtilə yaşadığı rayonun Günəşli kəndində keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin şərəfli döyüş yolundan danışılıb.

Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.

Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub.

Qeyd edək ki, Teymurzadə Nahid Üzeyir oğlu - 1997-ci ilin iyun ayının 23-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbində təhsil alıb.

2015-ci ilin oktyabr ayından 2017-ci ilin aprel ayına kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

N.Teymurzadə Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü şəkildə qoşulub, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərib, düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid N.Teymurzadə 22 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin imzaladığı müavfiq sərəncamları ilə N.Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi