Baş nazirin müavini: "Beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq"

Baş nazirin müavini: "Beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq" Dövlət Komitəsində Cocuq Mərcanlı kəndinin bərpası məsələsi müzakirə olunub
Qarabağ
28 Yanvar , 2017 10:46
Baş nazirin müavini: Beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirib. Bu qərar bütün beynəlxalq aləmdə səs salıb".

"Report" xəbər verir ki, bu sözləri yanvarın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi zamanı baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

"Aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar", - o bildirib.

Komitə sədri qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır: "Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkədə fəaliyyət göstərən səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq".

Son xəbərlər

Orphus sistemi