Yuxarı

Əli Həsənov

 - 

Azərbaycan Respublikası Baş nazirinin müavini



2013

2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilib.

2008

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

1998

1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.

1997

1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışıb.

1996

1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

1993

1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini vəzifələrində işləyib.

1991

1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1990

1990-cı ildə respublika Ali Sovetinin deputatı seçilib.

1983

1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib.

1980

1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi işləyib.

1979

1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1978

1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini işləyib.

1969

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb.

1964

1964-cü ildə Cəbrayıl rayonu Böyük Mərcanlı kənd orta məktəbini bitirib. 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb.

1948

1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.