Aleksandr Şarovski: "Gözəl diyarımızı viran qoyanları da, onların nəsil-nəcabətini də lənətləyirəm"

Aleksandr Şarovski: "Gözəl diyarımızı viran qoyanları da, onların nəsil-nəcabətini də lənətləyirəm" "Artıq qalib xalqıq"
Qarabağ
114
7 Aprel , 2021 15:33
Aleksandr Şarovski: Gözəl diyarımızı viran qoyanları da, onların nəsil-nəcabətini də lənətləyirəm

“Xalqımızın, ordumuzun 44 günlük müharibədə Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyilə qazandığı böyük qələbə bizə gələcəyə inam hissini bəxş etdi. Artıq qalib xalqıq”.

“Report” xəbər verir ki, bunu Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski Ağdam şəhərində jurnalistlərə bildirib.

Müharibədə qazanılmış Zəfər nəticəsində ölkənin ruhani liderlərinin Ağdama getmək imkanına malik olduqlarını dilə gətirən A.Şarovski gördüklərindən aldığı təəssüratlarını dilə gətirib: “Orada gördüklərimdən sonra bütün bunların qiyamət günü olduğunu, yuxu qarışdırdığımı düşündüm. Yol boyu 20 metrdən bir istehkamçılar müqəddəs torpağımızdan mina çıxardır. Bir vaxtlar bağ-bağat olmuş Ağdam şəhəri büsbütün yox edilib. Açığı, yola düşərkən hamımızın üzü gülürdü, amma indi bu, mümkün deyil. Erməni faşistlərinin torpaqlarımızın başına gətirdikləri dəhşətdir”.

A.Şarovski bildirib ki, ölkəmiz azad edilmiş torpaqları yenidə quracaq: “Ölkəmiz, Prezidentimiz Vətən müharibəsində qalib gələ bildisə, evlərimizi, məktəblərimizi, xəstəxanalarımızı da yenidən inşa edə biləcəyimizə şübhə etmirəm. Təkcə yaxınlarını itirmiş insanların ürək ağrısını, acısını ovutmaq mümkün deyil. Gözəl diyarımızı bu cür viran qoyanları da, onların nəsil-nəcabətini də lənətləyirəm”.

Son xəbərlər

Orphus sistemi