Ağdaşda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib

Ağdaşda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.
Qarabağ
415
1 Sentyabr , 2021 20:05
Ağdaşda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib

Ağdaş rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün şəhid Nəbiyev Yusif Elton oğlunun adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin təhsil aldığı məktəbin kollektivi, ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd camaatı iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhid Y.Nəbiyevin vətənpərvər, elə-obaya bağlı insan olmasından söz açıblar.

Şəhidin atası Elton Nəbiyev oğluna göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Y.Nəbiyev 2002-ci ildə Ağdaş rayon Aşağı Zeynəddin Tatılar kəndində anadan olub. Vətən müharibəsi başlayanda müddətli həqiqi hərbi xidmətə çağırılıb. Düşmənin xeyli sayda texnikasını məhv edən Y.Nəbiyev oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi