Masazırda zibil problemi: Bələdiyyənin, yoxsa vətəndaşların səhlənkarlığı?

Masazırda zibil problemi: Bələdiyyənin, yoxsa vətəndaşların səhlənkarlığı? Vətəndaşlardan asılı vəziyyətdə qalan Masazır bələdiyyəsi
Multimedia
17 Noyabr , 2021 19:30
Masazırda zibil problemi: Bələdiyyənin, yoxsa vətəndaşların səhlənkarlığı?

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan sakinlər ərazidəki vəziyyətdən şikayətçidirlər. Belə ki, sözügedən ərazidə zibillərin vaxtında yığılmaması xoşagəlməz mənzərə yaradıb.

“Report”un əməkdaşı həmin ərazidə olub, sakinlərin şikayətini dinləyib.

Sakinlər acınacaqlı durum qarşısında əlacsız qalaraq zibilləri məftillər vasitəsi ilə hasardan asmağa məcbur olurlar. Zibillərin toplanması üçün Masazır bələdiyyəsinə pul ödədiklərini bildirən sakinlər tullantı qablarının arasındakı məsafənin uzun olduğunu söyləyirlər.

Məsələyə aydınlıq gətimək üçün, ərazidən zibillərin daşınmasına cavabdeh olan Abşeron rayonu, Masazır bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə rəsmisi Ceyhun İsmayılov məişət tullantılarının daşınılmasını həyata keçirdiklərini bildirdi:

“Maşınlarımız tekniki baxımdan nasaz olduqları üçün zibillərin daşınması məsələsində çətinlik çəkirik. Bu da onunla əlaqədardır ki, biz yerli özünüidarəetmə orqanıyıq. Özümüz özümüzü maliyyələşdiririk. O ki qaldı zibil daşınması məsələsinə, bizim ərazidə 6-a yaxın zibil daşıyan maşınımız var. Zibillər gündəlik saat 07:30-dan 18:00-a qədər toplanılır. Problem vətəndaşların xidmət haqlarını vaxtında ödəməməsidir. Əgər xidmət haqları vaxtında yığılarsa, texnikamıza mütəmadi baxış keçirərik. O zaman da bu cür problemlər yaranmaz”.

Daha ətraflı süjeti təqdim edirik:

Son xəbərlər

Orphus sistemi