Sumqayıtda hamilə qadınlar üçün məktəbdən - FOTOREPORTAJ

Sumqayıtda hamilə qadınlar üçün məktəbdən - FOTOREPORTAJ Burada qadınlar “Təhlükəsiz doğuş”a psixoprofilaktik hazırlanır
Multimedia
23 İyun , 2016 16:56
Sumqayıtda hamilə qadınlar üçün məktəbdən - FOTOREPORTAJ

Bakı. 23 iyun. REPORT.AZ/ Hamilə qadınların təhlükəsiz doğuşa psixoprofilaktik hazırlamaq məqsədi ilə Sumqayıt şəhər 2 nömrəli qadın məsləhətxanasında valideynlər məktəbi fəaliyyətə başlayıb.

“Report”un xəbərinə görə, məktəbdə hamilə qadına, onun ailə üzvlərinə hamiləlik zamanı orqanizmdə baş verən anatomik-fizioloji dəyişikliklər barədə, hamiləlik dövründə gigiyenik qaydalara necə riayət etmək və düzgün qidalanma barədə məlumatlar verilir, “Təhlükəsiz doğuş”a psixoprofilaktik hazırlanır.

Məşğələlər zamanı hamilələrdə psixoemosional vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hamiləlik, doğuş və zahılıq dövründə ailədə qadına psixoloji və fiziki dəstəyin əhəmiyyəti barədə məlumat verilməsi üçün ayda bir dəfə psixoloq dəvət olunur.

“Report” valideynlər məktəbindən hazırladığı fotoreportajı təqdim edir.

Müxbir: Samirə Abdullayeva

Son xəbərlər

Orphus sistemi