"Qayğı Qutusu": Sahibsiz heyvanlar üçün ianələr edilir - VİDEOREPORTAJ

"Qayğı Qutusu": Sahibsiz heyvanlar üçün ianələr edilir - VİDEOREPORTAJ Azərbaycanda sahibsiz heyvanlarla bağlı “Qayğı Qutusu” adlı yeni layihəyə başlanılıb.
Multimedia
13 May , 2020 15:11
Qayğı Qutusu: Sahibsiz heyvanlar üçün ianələr edilir  - VİDEOREPORTAJ
0 : 00
0 : 00

Azərbaycanda sahibsiz heyvanlarla bağlı “Qayğı Qutusu” adlı yeni layihəyə başlanılıb.

“Report”un xəbərinə görə, layihə əsasında ölkənin müxtəlif ərazilərində “Qayğı Qutu”ları yerləşdirilir və insanlar tərəfindən həmin qutulara heyvanların qidalanması üçün ianələr edilir. 

Layihəyə könüllü qoşulan iştirakçılar isə öz yaşadıqları ərazilərdə yerləşdirilən həmin qutulardakı ianələri təhvil alaraq sahibsiz heyvanları qidalandırırlar.

Qeyd edək ki, qutulara heyvanların yeyə biləcəkləri, onların sağlamlığına zərərli olmayan qidaları yerləşdirmək lazımdır.

“Report” layihəyə könüllü qoşulan iştirakçılardan birinin gündəlik olaraq hansı formada sahibsiz heyvanlara qayğı göstərməsi ilə tanış olub. Layihənin könüllü iştirakçısı Alina Aslanova yaşadıqları ərazidə olan sahibsiz itlərə mütəmadi olaraq gündə iki dəfə qida verdiyini bildirib.

Qeyd edək ki, "Qayğı Qutusu" layihəsinin təsisçisi Aytən Əliməmmədovadır.

Son xəbərlər

Orphus sistemi