"Qarabağ" Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanıb - FOTOREPORTAJ

"Qarabağ" Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanıb - FOTOREPORTAJ Ağdam klubu Yunanıstan PAOK-nu məğlub edib
Multimedia
20 Oktyabr , 2016 22:52
Qarabağ Avroliqanın qrup mərhələsində ilk qələbəsini qazanıb - FOTOREPORTAJ

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Avropa Liqasının III turunda "Qarabağ" Yunanıstanın PAOK klubu ilə qarşılaşıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.

"J" qrupunun mübarizəsində komandalar ilk hissədə fərqlənməyə çalışsalar da, hücumlar nəticə verməyib. Fasilədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda daha da fəallaşıb. Meydan sahibləri oyunun 56-cı dəqiqəsində istəklərinə çatıb. Dani Kintana rəqib qapısına yol tapıb.

Bundan sonra hücumların sayını daha da artıran "Qarabağ" Saloniki təmsilçisini ikinci dəfə məyus etməyi bacarıb. 87-ci dəqiqədə qapıçı ilə təkbətək çıxan Rahid Əmirquliyev dueldən qalib ayrılıb - 2:0.

Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb.

Bu nəticə ilə "Qarabağ" 4 xalla qrupda ikinci yerə yüksəlib. Aktivində 4 xal olan PAOK isə qrup üçüncüsüdür. Bugünkü oyunda İtaliya "Fiorentina"sına məğlub olan Çexiyanın "Slovan" klubu sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu Yunanıstanda eyni rəqibə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi