Azərbaycan gəncləri ölkədə gedən quruculuq işlərində fəal iştirak edirlər.
Bu barədə “Report”a açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
“COVID-19 pandemiyası bu il bizdən də yan keçmədi. Digər sahələrdə olan kimi biz də fəaliyyəti onlayn formata keçirtdik. Amma Nazirliyin xətti ilə il ərzində 115 layihə icra etmişik. Bu da gənclərin bütün maraq dairəsini əhatə edib. Azərbaycan xalqının qan yaddaşında bu il böyük qələbə ili oldu. Öz yurduna qovuşmuş Qarabağı dünyaya tanıtdıracağıq. Gənclərimiz Qarabağda keçiriləcək layihələrdə, festivallarda, müsabiqələrdə, liderlik məktəblərində iştirak edəcəklər”, - İ.Babayev qeyd edib.
Könüllü fəaliyyəti ilə məşğul olan Nigar Abbas da gənclərin cəmiyyət qarşısında məsuliyyət daşıdığını bildirib: “Öz məsuliyyətimizi dərk etməli, xalqımızın rifahı üçün çalışmalıyıq. Könüllülük fəaliyyəti iş imkanları baxımından əmək bazarında yer tutmaq üçün bizə şərait yaradır”.
"Report" mövzu ilə bağlı süjeti təqdim edir:
Müxbir: Gülçin Cəmil