"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6

Futbol
  • 13 oktyabr, 2026
  • 22:39
Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.

İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.

Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.

Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.

49-cu dəqiqədə Kahim Parris fərqlənib.

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçın birinci yarısında qapılara qol vurulmayıb.

Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

"Report"un məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.

Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

44 - Tezliklə