Dağlar arxasında sağ qalma mücadiləsi - 19 nəfərin mühasirəyə düşdüyü ərazilərdən - FOTOREPORTAJ

Dağlar arxasında sağ qalma mücadiləsi - 19 nəfərin mühasirəyə düşdüyü ərazilərdən - FOTOREPORTAJ 1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış şəxslərin bir qrupu Kəlbəcər və Laçın rayonlarına səfər ediblər.
Multimedia
19 İyul , 2022 17:11
Dağlar arxasında sağ qalma mücadiləsi - 19 nəfərin mühasirəyə düşdüyü ərazilərdən - FOTOREPORTAJ

1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış şəxslərdən bir qrupu Kəlbəcər və Laçın rayonlarına səfər edib.

"Report"un xəbərinə görə, onlar 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə baş çəkiblər.

Ziyarət Kəlbəcərin Çaykənd kəndindən (19 nəfərin mühasirəyə düşdüyü yer) başlayıb.

Daha sonra Laçının Oğuldərə kəndinə (mühasirədə qaldıqları ərazi) səfər təşkil olunub.

Qrup üzvləri Oğuldərədən təxminən 10 km aralıda yerləşən dağlara qalxıblar, vaxtilə sığındıqları ev və kahalarda olublar.

Səfər üzvləri necə mühasirəyə düşdükləri, 54 gün ərzində düşməndən necə gizlənmələri, düşmənin mühasirəsini hansı qaydada yardıqlarına dair xatirələrini bölüşüblər.

Ziyarət zamanı duyğusal anlar yaşanıb. Mühasirədən sağ çıxanlar xatirələrini bölüşən zaman göz yaşlarını saxlaya bilməyiblər.

Səfər Laçının Güləbird kəndində (mühasirəni yardıqları yer) yekunlaşıb.

Qeyd edək ki, səfəri “Global Media Group” təşkil edib. Ziyarətdə "Report"un redaktoru, mühasirədə qalmış Əli Əliyevin oğlu İmdad Əlizadə də iştirak edib.

Xatırladaq ki, 1993-cü il mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıblar.

Mühasirədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci ilin iyul ayının 2-də vəfat edib.

Foto: Mirzə Əlizadə, Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi