9 yaşında danışmağı və yeriməyi öyrənən "sümüksüz qız" - VİDEO

9 yaşında danışmağı və yeriməyi öyrənən "sümüksüz qız" - VİDEO Günay anadangəlmə sümük boşluğundan əziyyət çəkib
Multimedia
8 İyun , 2021 17:04
9 yaşında danışmağı və yeriməyi öyrənən sümüksüz qız - VİDEO
Günay Nuriyeva

Bakı Dövlət Sirkində 75 ildən sonra 4-cü dəfə milli truppanın formalaşması prosesi davam edir.

Bu məqsədlə Sirk istedadına güvənən 18-29 yaşınadək olan gəncləri, tələbələri və ixtisaslı şəxsləri müsabiqəyə dəvət edir.

Müsabiqədə iştirak edib, milli truppanın kollektivinə qoşulanlardan biri də "sümüksüz qız" və ya "kauçuk qız" adlandırılan Günay Nuriyevadır.

Günay anadangəlmə sümük boşluğundan əziyyət çəkib. Amma, tədricən bu problem aradan qalxıb:

"Anadangəlmə sümük boşluğundan əziyyət çəkmişəm. Valideynlərim həkimlərə müraciət etsə də, tibb işçiləri düzəlməyəcəyimi bildirib. 9 yaşım olanda belim, sümük əzələlərim düzələr deyə, ailəm məni gimnastikaya qoymaq qərarına gəlib. 9 yaşımdan sonra məşqçim Sevil xanım sayəsində danışmağı və yeriməyi öyrəndim. Ondan 1 ay sonra çıxışlara başladım. İlk çıxışım bədii gimnastikadan birinci yer oldu. Daha sonra əlimdən və ayağımdan travma aldım. Ona görə gimnastikanı atmaq məcburiyyətində qaldım”.

Gimnastikanı atmaq məcburiyyətində olan Günay Nəbiyeva bir müddət məşqçi köməkçisi kimi fəaliyyət göstərib. Daha sonra sosial şəbəkədə paylaşılan elan vasitəsi ilə sirkin milli truppasına qoşulmaq üçün müraciət edib.

“Çox istəyirdim ki, sirkdə çıxış edim. İnstagramda sirk üçün gənclərin axtarıldığı elanını gördükdə, müraciət etdim. Gəlib çıxış etdim, elə həmin gün də qəbul oldum. Sirk mənim üçün həyatın özüdür, evimdir bura mənim. Burda olduğum üçün çox xoşbəxtəm” - o əlavə edib.

“Report” mövzu ilə bağlı süjeti təqdim edir.

Video: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi