Hüseynbala Mirələmov YAP-dan çıxarılıb - YENİLƏNİB

Hüseynbala Mirələmov YAP-dan çıxarılıb - YENİLƏNİB YAP İdarə Heyətinin iclası başlayıb
Milli Məclis
23 Aprel , 2021 16:00
Hüseynbala Mirələmov YAP-dan çıxarılıb - YENİLƏNİB
Mirələmov Hüseynbala
0 : 00
0 : 00

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib.

“Report”un xəbərinə görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsində azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.

15:00

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.

“Report”un xəbərinə görə, toplantının gündəliyinə 2 məsələ daxil edilib.

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etik hərəkətlərinə qiymət veriləcək.

Son xəbərlər

Orphus sistemi