Milli Məclisin bu gün keçirilən iclasında Xocalıda küçələrindən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif edilib.
"Report"un xəbərinə görə, bu təkliflə deputat Sahib Alıyev çıxış edib.
O əminliklə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o haqq etdiyini alacaq:
"Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Mən 6 il əvvəl onun ailəsi ilə görüşmüşəm”.