Vüqar Bayramov: İşləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur

Milli Məclis
  • 10 dekabr, 2025
  • 12:18
Vüqar Bayramov: İşləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur
Vüqar Bayramov

İqtisadiyyatda fəal iştirak edənlərin cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir:

"Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır.

Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-ü müqavilə olmadan işləyir. Yeni dəyişikliklərin əmək müqaviləsi ilə çalışanların sayının artırılmasına xidmət etməsi vacibdir".

Son xəbərlər

Bütün Xəbər Lenti