“Siyasi partiyalar haqqında" yeni qanun layihəsi II oxunuşda qəbul edilib - YENİLƏNİB
- 06 dekabr, 2022
- 07:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
"Report"un xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.
Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Daha sonra yeni qanun layihəsi ilə bağlı deputatlar təklif və fikirlərini səsləndiriblər.
Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.
11:34
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.
O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.
Qeyd edilib ki, yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Daha sonra yeni qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.