Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
Milli Məclis
- 04 iyul, 2025
- 11:09
Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.
Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Yeni hakimlər səsvermədən sonra parlamentdə and içiblər.
Xatırladaq ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.
Son xəbərlər
12:36
"Valensiya" azarkeşləri "Selta"ya məğlubiyyətdən sonra komandalarının avtobusunun pəncərəsini sındırıblar
Futbol12:31
İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib
Digər ölkələr12:10
Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Ekologiya12:06
Kolumbiya Venesuela ilə bağlı BMT TŞ-nin iclasını çağırıb
Digər ölkələr11:55
Andrey Demçenko "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub
Futbol11:53
Rusiya ordusunun Xarkova zərbələri nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr11:42
İranda polis idarəsinə basqın edilib, ölən və yaralananlar var
Region11:27
Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
Region11:22
Foto