Milli Məclisin komitə sədri Moldovada seçkiləri müşahidə edəcək
Milli Məclis
- 17 oktyabr, 2024
- 13:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Moldovada keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin xətti ilə həyata keçiriləcək müşahidəçilik məqsədilə oktyabrın 18-də Kişineu şəhərinə yola düşəcək.
Komitə sədri seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə prosesini müşahidə edəcək.
Səfər oktyabrın 21-də başa çatacaq.
Son xəbərlər
10:19
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını cüzi artırıb
Biznes
10:17
Fuad Yanqildin: "WHC Çair Skopye"yə qalib gəlməyə çalışacağıq"
Komanda
10:11
Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb
Energetika
10:09
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
Fərdi
10:08
Azərbaycanın 9 ayda neft ixrac etdiyi TOP-10 ölkə
Energetika
10:04
Yan Diomande "Real" klubunun tarixinə düşüb
Futbol
10:02
Azərbaycan neft koksunun ixracını 1,4 dəfə artırıb
Energetika
09:58
Azərbaycanda tullantıların emalı üzrə müasir infrastruktur yaradılacaq
İnfrastruktur
09:57
Video
Xırdalanda iki yeni yol layihəsinin icrası nəzərdə tutulur
İnfrastruktur