Hesablama Palatasının sədr müavini və auditorları təyin ediləcək şəxslərin adları açıqlanıb

Hesablama Palatasının sədr müavini və auditorları təyin ediləcək şəxslərin adları açıqlanıb “Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq
Milli Məclis
15 Mart , 2021 10:30
Hesablama Palatasının sədr müavini və auditorları təyin ediləcək şəxslərin adları açıqlanıb

“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Report”un xəbərinə görə, palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.

Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova namizəd göstərilib.

Qeyd edək ki, Hesablama Palatasının 7 auditorundan 4-ü - Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi