Yuxarı
    Bağlamaq

    Parlament Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib

    © Report

    Bakı. 28 dekabr. REPORT.AZ/ Milli Məclis (MM) bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.

    “Report” xəbər verir ki, müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.

    Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub.

    Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: “Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi