Yuxarı

Bahar Muradova

 - 

Milli Məclis sədrinin müavini



2000

2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 2000-ci ildən Milli Məclisin deputatıdır. Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1995

1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifəsində çalışıb. İkinci, üçüncü, dördüncü çağırış Azərbaycan Milli Məclisinin deputatı olub. Azərbaycan prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

1993

1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı işləyib.

1990

1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1962

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. İngilis və rus dillərini bilir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.