“Prezident
Bunu “Report” açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri,
Onun sözlərinə görə, Prezident ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: “Təsadüfi deyil ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlət başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Prezidentin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Həmçinin, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıran Fərman oldu. Bütün bunlar Azərbaycanda həyata keçirilən böyük sosial islahatlar paketinin birinci mərhələsinə aid idi. Ötən gün imzalanmış sərəncamlar isə ikinci mərhələnin başlanğıcı oldu”.
"Bu, Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlandığına işarə idi”.
Sədaqət VəliyevaDeputat Sədaqət Vəliyeva
Deputat bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir: “Məhz Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Ötən gün imzalanmış sərəncamlar insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir”.
Deputat Dilarə Cəbrayılova bu sərəncamları inqilabi addım adlandırıb: “2019-cu ilin əvvəlindən başlayaraq sosial islahatlar həyata keçirilir. Azərbaycan hökumətinin hazırladığı sosial paket 3 milyondan çox insanı əhatə edir. Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən, bu kateqoriyadan olan insanların maaşları orta hesabla 20 faiz artırılacaq, bu, ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir. Müəllimlərin maaşının artırılması onların nüfuzunun yüksəlməsinə, əlavə məşğuliyyətlərin aradan qaldırılmasına səbəb olacaq. Dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışanların əməkhaqqının artımı göstərdi ki, Prezident İlham Əliyev verdiyi sözə əməl edir, xalqın sosial rifahının yaxşılaşması üçün sərəncam və fərmanlar imzalayır.
"Azərbaycan müstəqil olandan indiyədək bir il ərzində bu qədər addım atılmayıb".
Dilarə CəbrayılovaDeputat Dilarə Cəbrayılova
Bilirsiniz ki, əməkhaqqının artırılması pensiyanın da artmasına səbəb olacaq”.
Deputat bildirib ki, Azərbaycan müstəqil olandan indiyədək bir il ərzində bu qədər addım atılmayıb: “Bu, onu göstərir ki, Azərbaycanda sosial layihələrə xüsusi önəm verilir. Prezident İlham Əliyev xalq üçün çalışır, dediyi “Hər bir azərbaycanlının prezidentiyəm” ifadəsini əməli ilə təsdiq edir. Dünyanın bir çox ölkəsində olmuşuq, hələ elə bir dövlət yoxdur ki, orada bu qədər məktəb, xəstəxana tikilsin, yollar çəkilsin, parklar salınsın... Azərbaycanda bu addımlar insanların rifahının yaxşılaşdırılmasına yönəlib. Təbii ki, bu proses davam etdiriləcək”.
nbsp;
"İnanmıram ki, dünyada bunun anoloqu olsun".
Sona ƏliyevaDeputat Sona Əliyeva&
Parlamentin üzvü Sona Əliyeva qeyd edib ki, əməkhaqqının artırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar sevindiricidir: “Hamı sevinir, “Facebook” sosial şəbəkəsindəki səhifəmə, “WhatsApp”a yazırlar. Bu, sözlə ifadəsi olmayan müsbət bir addımdır. Minimum əməkhaqqının, dövlət büdcəsindən maliyyələşən dövlət qurumlarında çalışanların maaşlarının artırılması mühüm addımdır. Bu addımlar əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Əhali çox sevinir. Minimum əməkhaqqının əvvəlcə 130 manat 180 manata, daha sonra 180 manatdan 250 manata çatdırılması əhalinin nisbətən kasıb təbəqəsinin alıcılıq qabiliyyətini yüksəldəcək, sosial rifahını gücləndirəcək.
S.Əliyeva vurğulayıb ki, aparılan islahatların mərkəzində insan amili, Azərbaycan vətəndaşı durur: “Bunu Prezident dəfələrlə qeyd edib. Bu addımlar rekorddur. İnanmıram ki, dünyada bunun anoloqu olsun. Azərbaycanda sosial siyasət dövlətin əsas istiqamətlərindən biridir. Atılan addımlardan görünür ki, Azərbaycanda çox uğurlu siyasət yürüdülür... Təbii ki, bu güclü iqtisadiyyatın nəticəsində mümkün olur. Sadəcə, alqışlayırıq...”
"Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaq".
Tahir MirkişiliДепутат Милли Меджлиса Тахир Миркишили
Mövzunu şərh edən deputat Tahir Mirkişili bildirib ki, 2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffavlığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi: "Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqlarının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artmasına, problemli kreditlərinin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilməkdədir. Dövlət başçısının dünənki sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladıldı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50% artırılmasını nəzərdə tutur. Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır, xatırladım ki, minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcəkdir. Digər tərəfdən dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və s. əmək haqqlarının 20-40% artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflylasiyanın səviyyəsinin çox aşağı olması (2.3%) artımın real dəyərinin yüksək olmasına imkan yaradacaq".
T.Mirkişilinin sözlərinə görə, bütövlükdə prezident sərəncamları ilə əmək haqqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq: "Dövlət büdcəsin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əmək haqqlarının artımı həm də iqtisadi aktivliyi artırıcaq".