Deputat: Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır

Milli Məclis
  • 16 fevral, 2024
  • 07:53
Deputat: Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınacaqlıdır.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin fevralın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var: “Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil”.

Q.Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.

44 filmi