Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilir Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilir.
Milli Məclis
18 Oktyabr , 2022 17:26
Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilir

Azərbaycanla Əlcəzair arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilir.

"Report"un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi də müzakirəyə çıxarılıb.

Sənədlər parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi