Azərbaycanda şəxslər qarşılıqlı razılıq əsasında köməkçi reproduktiv texnologiyalardan istifadə edə biləcək

Milli Məclis
  • 06 mart, 2023
  • 08:34
Azərbaycanda şəxslər qarşılıqlı razılıq əsasında köməkçi reproduktiv texnologiyalardan istifadə edə biləcək

Azərbaycanda şəxslər qarşılıqlı razılıq əsasında köməkçi reproduktiv texnologiyalardan istifadə edə biləcək.

"Report"un xəbərinə görə, bu, “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.

Bununla bağlı layihədə 12-ci maddə nəzərdə tutulub. Belə ki, bəzən ailələr müxtəlif səbəblərdən (reproduktiv sistemin xəstəliyindən, yaşından) asılı olaraq valideyn olmaq imkanına malik olmur. Bu maddəyə görə şəxslər qarşılıqlı razılıq əsasında köməkçi reproduktiv texnologiyalardan istifadə edə bilərlər. Məhz bu halda ailələrin digər köməkçi reproduktiv texnologiyalardan istifadə metodu humanist addım kimi onların köməyinə çata və ailələrin qorunmasına xidmət etmiş ola bilər.

Bu model qanun layihəsi TÜRKPA-ya üzv dövlətlərdə tətbiq oluna bilər.