“Bu gün ölkədə fəaliyyət göstərən sahibkarların 21 %-i qadın sahibkarlardır. Bu ildən-ilə artır. Sahibkar üçün təklif olunan dəstək paketləri onlara da şamil olunur”.
“Report” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov parlamentdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, KOBİA yaranan ilk gündən İctimai Şurada fəal təmsil olunan qadın sahibkarlar var: “Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında qadın sahibkarların fəaliyyətinin artırılmasını yüksək qiymətləndiririk. Bu sahələrdə biznes qurulmasına qadın sahibkarlar diqqət ayırır. Bu günədək azad olunmuş ərazilərdə iş, biznes qurmaq üçün KOBİA-ya 1 332 müraciət daxil olub ki, onlardan da 70-i qadın sahibkarlara aiddir”.