Azərbaycan və "ROX Capital Group" gələcək əməkdaşlıq imkanlarını müzakirə edib
- 18 noyabr, 2026
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) və "ROX Capital Group" şirkəti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov "ROX Capital Group"un rəhbəri Nquyen Huonq Loan ilə görüş keçirib.
Görüşdə ölkənin maliyyə sektorunun cari vəziyyəti, sektorun dayanıqlılığının artırılması üzrə həyata keçirilmiş islahatlar, maliyyə sektoruna investisiya imkanları, eləcə də "ROX Group"un fəaliyyəti, bank sektorunun inkişafına dair yanaşmaları və təşəbbüsləri müzakirə edilib. Bununla yanaşı, bank sektorunda kreditləşmə, prudensial tələblər, bank qanunvericiliyi məsələləri diqqət mərkəzində olub, gələcək əməkdaşlıq istiqamətləri üzrə mümkün növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb.