Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv olunur

Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv olunur Arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv ediləcək.
Milli Məclis
15 Sentyabr , 2023 11:20
Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv olunur

Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

"Report"un xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Belə ki, dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

Layihə qəbul edildiyi təqdirdə “Dövlət rüsumu haqqında” qanunun 2.0.21-ci, 33-3-cü və 33-4-cü maddələri ləğv ediləcək.

“Milli arxiv fondu haqqında” qanuna dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.3.-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 31 iyul 2023-cü ildə “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında 251 №-li və “Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə 252 №-li qərarlar qəbul edib.

Belə ki, bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcək.

Son xəbərlər

Orphus sistemi