Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri görüşəcək

Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri görüşəcək Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Parlament sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün 7-9 sentyabr tarixində Avstriyada səfərdə olacaq.
Milli Məclis
257
6 Sentyabr , 2021 14:13
Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri görüşəcək

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Parlament sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün 7-9 sentyabr tarixində Avstriyada səfərdə olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, spiker tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcək. K.Kuçavanın Estoniya, Ermənistan, Kamerun, Misir, Şimali Makedoniya, Sloveniya, Nigeriya, BƏƏ, Azərbaycan, Koreya Respublikası, Türkiyə, İsveç və Avstriyanın parlament sədrləri ilə görüşləri planlaşdırılıb.

Sədr həmçinin ATƏT-in Parlament Assambleyasının sədri Marqareta Sederfelt və digər rəsmi şəxslərlə də görüşəcək.

K.Kuçavanı səfərdə parlamentin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi