MTRŞ yayım şirkətinin lisenziyasını ləğv edib, başqa bir şirkətə lisenziya verilib
- 19 oktyabr, 2018
- 13:15
Bakı. 19 oktyabr.REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan “Report”adaxil olan məlumata görə, iclasda teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradioyayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilib.
İclasda eynizamanda “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsiləkodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinəbaxılıb, “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş.(DİGİTURK) arasında bağlanmış 3 avqust 2018-ci il tarixli DistribütörlükMüqaviləsinə əsasən, DİGİTÜRK-ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satışhüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyənedilib və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmışqurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib. İclasda həmçinin “Roberts Cafe” MMC barəsində başlanılmışinzibati icraata dair işə baxılıb və ona xarici teleradio kanallarının peykvasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyətüçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.