AzTV-nin yeni veb saytı istifadəyə verilib

AzTV-nin yeni veb saytı istifadəyə verilib Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www. aztv.az) istifadəyə verilib.
Media
5 Sentyabr , 2019 15:28
AzTV-nin yeni veb saytı istifadəyə verilib

Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www. aztv.az) istifadəyə verilib. 

Bu barədə "Report"a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.  

İnternet resursunda televiziya və radionun tarixi barədə məlumatlar, həftəlik proqramlar, anonslar və sair yer alır.

Daha dinamik formaya malik olan saytın məzmun kontenti də zənginləşdirilib. Yeni resurs yalnız korporativ deyil, eyni zamanda informasiya saytı kimi fəaliyyət göstərəcək, oxucularını müxtəlif sahələrlə bağlı operativ olaraq məlumatlarla təmin edəcək.

Saytda televiziya və radioda efirə gedən verilişlərin, filmlərin anonsları da təqdim olunur. Yeni resurs verilişləri canlı izləməyə də imkan verir.

Qeyd edək ki, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının internet resursları da yenidən işlənilir, yaxın günlərdə bu saytlar da istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi