Yuxarı

MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək

Azərbaycanda yeni xəbər kanalının açılması üzrə müsabiqəyə təqdim edil
© Report/Elchin Murad — MTRŞ-ın sədri Nuşirəvan Məhərrəmli

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə təqdim olunan sənədlərə aprelin 20-dən sonra baxılacaq.

Bunu “Report”a açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan etmişdi. Müsabiqəyə 3 iddiaçı sənəd verib. Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi