Yuxarı

Nuşirəvan Məhərrəmli

 - 

Azərbaycan Milli Televiziya və Radio Şurası sədri



2003

2003-cü ildə Azərbaycan prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib və sədr seçilib.

1996

1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışıb.

1992

1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.

1988

1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub.

1985

1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitinin tarix fakültəsinin əyani şöbəsinə köçürülüb.

1982

1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olub.

1960

Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Sarxanlı kəndində anadan olub.