Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu hesab edir ki, gələcəkdə sosial media ilə bağlı müəyyən hüquqi akt qəbul oluna bilər.
“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində’’Məişət zorakılığında medianın rolu’’ mövzusuna həsr olunmuş paneldə çıxışında deyib.
O qeyd edib ki, blogerlərin cəmiyyətdə müəyyən fikir formalaşmasında mühüm rolu var.
“Blogerlik müasir jurnalistikada ayrıca müstəqil sahədir və artıq sadəcə həvəskar jurnalistika deyil. Yəqin ki, gələcəkdə sosial media ilə bağlı da müəyyən hüquqi akt qəbul olunacaq. Bu təcrübə müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə var”, - dekan deyib.