Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edib.
"Report" xəbər verir ki, görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlər qatılıb.
Tədbirdə bildirilib ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin Azərbaycan xalqının müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır.
"Mətbuat cəmiyyətin güzgüsüdür" deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə, gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətə, xalqa faydalı olmağı arzulayıblar.
Sonra tədbirdə iştirak edən jurnalistlərə xatirə hədiyyələri təqdim edilib.