Prezident: "Milli informasiya resurslarımızın potensialının gücləndirilməsi başlıca vəzifələrdən biridir"

Prezident: "Milli informasiya resurslarımızın potensialının gücləndirilməsi başlıca vəzifələrdən biridir" "Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqe
Media
22 İyul , 2022 10:52
 Prezident: Milli informasiya resurslarımızın potensialının gücləndirilməsi başlıca vəzifələrdən biridir

"Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir".

"Report" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycanın media nümayəndələrinə ünvanladığı məktubda yer alıb.

"Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir", - məktubda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi