Azərbaycanda monitorinqə cəlb olunmuş bəzi xəbər saytlarının adları açıqlanıb

Azərbaycanda monitorinqə cəlb olunmuş bəzi xəbər saytlarının adları açıqlanıb Saytların monitorinqi başa çatıb
Media
5 Mart , 2015 10:47
Azərbaycanda monitorinqə cəlb olunmuş bəzi xəbər saytlarının adları açıqlanıb

Bakı. 5 mart. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Azərbaycanın xəbər saytları ilə bağlı apardığı monitorinq başa çatıb. 

Bu barədə “Report”a Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi, saytlarla bağlı monitorinq qrupunun rəhbəri Nəzakət Qaziyeva deyib.

“Hazırda şöbədə təhlil işləri gedir. Yaxın vaxtlarda Akademiyada monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransının keçirilməsi nəzərdə tutulur”.

O bildirib ki, monitorinqin aparılmasında əsas məqsəd elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasının və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsidir: “Monitorinqə 10-dan artıq saytın dili cəlb olunub. Bunlar report.az, qafqazinfo.az, trend.az, publika.az, milli.az və s. saytlardır”.

Son xəbərlər

Orphus sistemi