Marat Tagaev: Bugünkü forum Türk dünyasında media əlaqələrinin gücləndirilməsi baxımından mühüm addımdır

Media
  • 18 dekabr, 2025
  • 12:26
Marat Tagaev: Bugünkü forum Türk dünyasında media əlaqələrinin gücləndirilməsi baxımından mühüm addımdır

Bugünkü forum Türk dünyasında media əlaqələrinin gücləndirilməsi baxımından mühüm addımdır.

"Report"un Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Tagaev Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı inkişaf və regional sabitliyin təmin olunmasında medianın, eləcə də informasiyanın rolu əsas amillərdən biridir:

"Bu forum Türk dünyasında kommunikasiya və media sahəsində qarşılıqlı əlaqənin gücləndirilməsi baxımından mühüm strateji addımdır. Bu forum ortaq baxışların formalaşdırılmasına xidmət edir. Biz bu forumu ortaq qərarların formalaşdırılması, konstruktiv fikir mübadiləsinin aparılması və gələcək birgə təşəbbüslərin əsasının qoyulması üçün mühüm platforma kimi dəyərləndiririk. Qırğızıstan bundan sonra da birgə təşəbbüsləri dəstəkləməyə hazırdır".

Son xəbərlər

Bütün Xəbər Lenti